Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "İnter" hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Kaxaber Sxadadze yetirmələrinə səhər saatlarında günün ilk məşqini keçib.
Gürcü çalışdırıcı daha bir məşqi axşam saatlarında keçəcək. Sxadadze bu ərəfədə sevindirici xəbər alıb. Belə ki, bir müddətdi zədə səbəbindən heyətdən uzaq qalan Mirzağa Hüseynpur artıq komandanın sıralarına dönüb. Hüseynpur onun üçün xüsusi nəzərdə tutulmuş fərdi proqramla çalışır.
Qeyd edək ki, "İnter" sentyabrın 6-da "Sumqayıt"la yoxlama matçı keçirmək istəyir. Ancaq hələlik oyunun keçiriləcəyi arena və saat açıqlanmayıb. Premyer Liqanın növbəti turunda isə "bankirlər" "Araz Naxçıvan"ın qonağı olacaq.