Madrid "Real"ı daha bir futbolçusunu itirib. Futbolinfo.az xəbər verir ki, komandanın təcrübəli yarımmüdafiəçisi Sami Hedira sıradan çıxıb. Qasıq əzələsindəki ağrılar səbəbi ilə almaniyalı 6 həftə meydanlardan uzaq qalacaq.
 
"Marca"nın xəbərinə görə, 27 yaşlı futbolçu hələ Almaniya millisinin bazasında olanda zədə alıb.
 
Bununla da Hedira həmçinin yığmanın Argentina və Şotlandiyayla oynayacağı qarşılaşmalarda da iştirak edə bilməyəcək.
Shares: