"Barselona"nın müdafiəçisi Daniel Alveşin komandayla olan müqavilə müddəti uzadılmayacaq. Futbolinfo.az xəbər verir ki, rəhbərliyin qərarına əsasən, o, sözləşməsi bitən zaman, yəni 2015-ci ilin yayında katalon klubunu tərk edəcək.
 
Bu haqda komandanın idman direktoru Andoni Subisarreta danışıb: "Dani Alveşin bu yay komandada qaldığına görə şadıq. Müqaviləsinin 2015-ci ildə bitəcəyi barədə onunla razılığa gəlmişik".
 
Braziliyalının adı daha çox PSJ ilə hallanır.
Shares: