Braziliya millisinə yenidən çağrılan "Santos"un hücumçusu Robinyo təəssüratlarını bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, yığmada kapitan olmağa hazır olduğunu dilə gətirib:
"Əgər Dunqa məni kapitan seçsə, buna hazır olacam. Ancaq yenə də Neymar və David Luizin bu posta daha uyğun olduğunu düşünürəm. Kapitan olub-olmamağımdan asılı olmayaraq, Braziliyaya qarşı fikrim dəyişməyəcək. Mənim üzərimə düşən vəzifə məşqlərdə iştirak etmək, əsas heyətə düşmək və meydanda olanda maksimum bacarığımı ortaya qoymaqdan ibarətdi".