"Milan"ın yeni transferi Fernando Torres italyan klubuna keçidini şərh edib. Futbolinfo.az xəbər verir ki, o, açıqlamasında Joze Mourinyoyla olan münasibətlərindən də danışıb:
 
"Onunla işlə bağlı əlaqələrimiz varıydı. Mourinyodan çox şey öyrənmişəm. "Milan"a keçəcəyimi deyəndə uğurlar arzuladı və futbolun orada çox sevildiyini dedi. Həmçinin mən də ona hər şeyin ən yaxşısını arzuladım. Cənab Berluskoni ilə tanış oldum. "Milan"la müqavilə imzaladığıma görə sevinirdi. Tibbi müayinənin nəticələri yaxşı oldu. Fiziki cəhətdən özümü əla hiss edirəm və tezliklə oynamaq istəyirəm".
 
Torres icarə əsasında “Milan”da çıxış edəcək.
Shares: