FİFA prezidenti Yozef Blatter DÇ-2018-lə bağlı danışıb. Futbolinfo.az xəbər verir ki, o, mətbuatda yazılanlara baxmayaraq, mundialın yerinin dəyişilməyəcəyini bildirib.
FİFA prezidenti Rusiya ilə Ukrayna arasında siyasi gərginliyə baxmayaraq, DÇ-2018-in Rusiyada keçiriləcəyini deyib: “Qarşıdakı dünya çempionatı Rusiyada keçiriləcək. Bunun təxirə salınması müzakirə mövzusu ola bilməz. Biz DÇ-2018 və DÇ-2022-nin təşkilatçılığına inanırıq. Hazırda FİFA-nın hesabatını gözləyirik".
Qeyd edək ki, Avropa Birliyinin bəzi ölkələri Rusiyanın FİFA və UEFA-ya üzvlüyünün dayandırılmasını təklif edir. Xarici mətbuatın yazdığına görə hazırda Rusiyaya qarşı yeni sanksiya metodları müzakirə olunur.