"Barselona" yay transferləri ilə bağlı yeni hesabat açıqlayıb. Futbolinfo.az xəbər verir ki, katalonların rəsmi saytının yazdığına görə, klub büdcəsindən bu yay transferlərə 157 milyon avro xərclənib.
Ümumilikdə alınan 7 oyunçu arasında "Liverpul"dan gələn Luis Suares 81.25 milyon avro ilə ilk pillədə dayanıb. Ən ucuz transfer isə 4 milyon avro qarşılığında “San Paulo”dan alınan Duqlas Pereyra olub. "Barsa"nın bu yay etdiyi transferlərə ödədiyi məbləğ aşağıda qeyd olunan kimidi:
1. Luis Suares – 81.25 milyon avro
2. Jeremi Matheiu – 20 milyon avro
3. İvan Rakitiç – 18 milyon avro
4. Andre Ter Ştegen – 12 milyon avro
5. Klaudio Bravo – 12 milyon avro
6. Tomas Vermalen – 10 milyon avro
7. Duqlas Pereyra – 4 milyon avro