İspaniya millisinin və “Real" (Madrid) klubunun müdafiəçisi Serxio Ramos yığma komanda haqda danışıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçu "AS" qəzetinə açıqlamasında DÇ-2014-dəki uğursuzluğa baxmayaraq, yığmanın dəyişiklikliyə ehtiyacı olmadığını bildirib:
"İspaniya millisinin dəyişikliyə ehtiyacı yoxdu. Hər bir komandanın öz oyun üslubu olmalıdı. Hətta bir neçə təcrübəli futbolçunun komandadan gedişindən sonra da milli dəyişilməməlidi. Burada təcrübəli futbolçular var və onlar gənclərin uyğunlaşmasına kömək edirlər. Əlbəttə, Xavi Hernandez və Xabi Alonso komanda üçün çox şey demək idi. Onlar komandanın uğurlarında böyük rol oynayıblar. Ancaq unutmayaq ki, İspaniyada yüksək səviyyəli yeni nəsil yetişir".