İngiltərə nəhəngi "Çelsi" cinah müdafiəçisi Sesar Aspilikuetanın müqaviləni müddətini uzadıb. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytında bu haqda məlumat yayılıb. ispan müdafiəçi yeni sözləşməyə əsasən, 2019-cu ilin yayınadək “Stemford Bric”də qalmağa razılıq verib.
Qeyd edək ki, 2012-ci ildə Marsel "Olimpik”indən "Çelsi"yə transfer olunan Aspilikueta “zadəganlar”ın forması ilə 100-ə yaxın rəsmi matça çıxıb.