Madrid "Real"ının bu yay “Bavariya”dan transfer etdiyi Toni Kroos karyerasını "Barselona"da davam etdirə bilərmiş. Futbolinfo.az xəbər verir ki, katalon klubu da 24 yaşlı futbolçunun menecerilə danışıqlar aparırmış və Kroos özü də katalon klubuna keçmək istəyirmiş.
 
“Barsa”nın məşqçilərindən biri klub rəhbərliyinə alman oyunçunun transferindən imtina etmələrini istəyib və nəticədə keçid baş tutmayıb. Xatırladaq ki, "Real" Kroosa görə "Bavariya"ya 30 milyon avro ödəmişdi və yarımmüdafiəçilə 6 illik müqavilə imzalanmışdı.
 
Qeyd edək ki, bu xəbəri “El Mundo Deportivo” nəşri yayıb.
Shares: