Topaz Premyer Liqasında yaranan fasilədn istifadə edən "Qəbələ" "Simurq"la oyunun hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" komandaya verilən istirahətdən sonra dünən bir araya gəlib.
Komandanın baş məşqçisi Dorinel Muntyanu bu ərəfədə yetirmələrini yoxlama matçında sınayacaq. Əyalət təmsilçisi öz əvəzedici komandası ilə qarşılaşacaq. Matç sentyabrın 6-da baş tutacaq.
Qeyd edək ki, "Simurq" – "Qəbələ" matçı sentyabrın 13-də keçiriləcək.