Bu gün futbol üzrə əsas yığma komandamız yoldaşlıq matçında Rusiya millisi ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, qarşılaşma öncəsində Rusiyanın sabiq baş məşqçisi Boris İqnatyev Moskvanın "Ximki Arena" stadionunda baş tutacaq matçla bağlı fikirlərini bildirib:
"Fikrimcə, Azərbaycan yoldaşlıq görüşü keçirmək üçün çox yaxşı və uğurlu seçimdi. Bu oyun komanda xəttlər arasındakı əlaqələri gücləndirməyə kömək edəcək. Kapellonun bu oyunda çox fiziki güc tətbiq edəcəyini düşünmürəm. Çünki qarşıda Lixtenşteynlə oyunda bunun acısını çəkə bilərik. Düzdü, Lixtenşteyn xüsusi diqqətə layiq deyil. Düşünürəm ki, Azərbaycanla qarşılaşma həmin oyuna hesablanıb. Bu oyunda baş məşqçi rəsmi matça çıxaracaq heyəti quracaq".
Qeyd edək ki, İqnatyev hazırda "Torpedo"nun vitse-prezidenti vəzifəsində çalışır.