İtaliya millisinin qapıçısı Canluici Buffon komandanın yeni baş məşqçisi Antonio Konte haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, təcrübəli qolkiper yığmaya məhz Konte kimi məşqçinin gərəkli olduğunu bildirib:
 
"Konte hər zaman nizam-intizama böyük önəm verən məşqçilərdəndi. O, futbolçularına öz ideyalarını aydın şəkildə izah edir. Onu anlamamaq mümkün deyil. İtaliya yığmasına elə Konte kimi məşqçi lazım idi".
Shares: