Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində sentyabrın 13-də səfərdə "Simurq"la üz-üzə gələcək "Qəbələ" bu matça hazırlığını doğma məkanda davam etdirir. Futbolinfo.az xəbər verir ki, ötən turdan ("Qəbələ" – AZAL – 1:2) sonra iki gün istirahət edən, ardından isə Qəbələdə biraraya gələn "qırmızı-qaralar" dünəndən məşq prosesini bərpa edib.
 
Məşqlərdə zədəsi olan Vladimir Levin və milli komandaların heyətində yer alan Kamran Ağayev, Cavid Hüseynov, Ruslan Abışov, Ruslan Əmircanov (əsas milli), Ürfan Abbasov (U-21) iştirak etmirlər.
 
Dorinel Muntyanunun yetirmələri hazırlıq çərçivəsində sentyabrın 6-da "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası ilə qarşılaşacaqlar.
Shares: