Futbol üzrə Almaniya regional liqasında 11-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun komandası "Saarbruken" evdə "Kayzerslautern-2" ilə üz-üzə gəlib.
Oyun qolsuz (0:0) bərabərliklə başa çatıb. Ehtiyat oyunçular skamyasında gözləyə Dadaşov isə ikinci hissədə meydana çıxmağa şans tapıb. Hücumçumuz 68-ci dəqiqədə oyuna daxil olub.
Qeyd edək ki, "Saarbruken" hazırda 26 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.