"Arsenal" hələ də Madrid "Real"ının futbolçusunu Sami Hediranın transferində maraqlıdı. Futbolinfo.az xəbər verir ki, bu haqda İngiltərə mətbuatı xəbər yayıb. 
 
London klubu qış "transfer pəncərəsi"ndə Almaniya yığmasının dayaq yarımmüdafiəçisi ilə müqavilə imzalamaq niyyətindədi. 
 
Qeyd edək ki, Hedira hazırda ildə 3,5 milyon avro qazanır. Təcrübəli futbolçunun İspaniya təmsilçisi ilə müqaviləsi 2015-ci ildə bitir. Alman futbolçu Madrid klubu ilə anlaşmasını uzatmaqdan imtina etmişdi.
Shares: