"Mançester Yunayted"in müdafiəçisi Fil Cons zədəsini bərpa edib. Futbolinfo.az xəbər verir ki, stopper "Everton"la bazar günü keçiriləcək Premyer Liqa matçına kimi hazır olacaq. 
 
Consun vəziyyəti ilə İngiltərə milli komandasının baş məşqçisi Roy Hocson da yaxından maraqlanır. Mütəxəssis millnin yekun heyətini həftənin 4-cü günü açıqlamalıdı. 22 yaşlı Cons zədəsini tam sağaldandan sonra İngiltərənin heyətinə salına bilər.
 
Xatırladaq ki, MY-nin gənc müdafiəçisi məhz İngiltərə millisinin İsveçrəyə qarşı oyununda dizaltı vətərlərindən zədələnimşdi.
Shares: