AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliya, oktyabrın 13-də isə Xorvatiya yığma komandaları ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Futbolinfo.az xəbər verir ki, yığmanın baş məşqçisi Berti Foqts nədənsə millinin aparıcı üzvlərindən olan Mahir Şükürova dəvət göndərməyib.
Saytımıza açıqlama verən “Karşıyaka”nın (Türkiyə) müdafiəçisi Şükürov milliyə çağırılmamağı haqda danışmaq istəmədi: “ Hələlik bu barədə heç nə deyə bilmərəm. Belə getsə, yaxşı olacaq. Allah bilən məsləhətdi. Bu barədə açıqlama vermək istəmirəm. Hazırda “Karşıyaka”da işlərim yaxşı gedir. Komandada ab-hava da yaxşıdı. Sonuncu turda məğlub olsaq da, növbəti matçlarda itirlən xalları bərpa edəcəyimizə inanıram. Məni qardaş ölkədə çox yaxşı qarşıladılar. Azarkeşlərin mənə diqqət göstərməsi sevindirici haldı”