Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən oyunlarla bağlı qərarlar qəbul olunub.
“Araz Naxçıvan”la matçın 78-ci dəqiqəsində “Bakı” klubunun məşqçisi Rafael Əmirbəyov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
“Qarabağ”la oyunda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat məbləğində cərimələnib.
AZAL – “İnter” matçında hər komandadan 4 futbolçu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.
“Xəzər Lənkəran” matçda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 1000 manat məbləğində cərimələnib.