Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionun 4-cü turu çərçivəsində keçirilən oyunlarla bağlı qərarlar qəbul olunub.
 
 “Mil-Muğan”la oyunun 25-ci dəqiqəsində “Energetik”in futbolçusu Orxan Əlibalayev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
 “Turan-T” matçında “Ağsu” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat məbləğində cərimələnib.
Shares: