Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 7-ci turdakı matçlarına da baxılıb.
“Qarabağ”la oyunda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Bakı” matçında “Araz Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat məbləğində cərimələnib. Həmin oyunun 90+3-cü dəqiqəsində “Araz Naxçıvan”ın futbolçusu Əbülfəz Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu isə 100 manat cərimə olunub.
AZAL matçında “İnter”in baş məşqçisi Rüstəm Əliyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu isə 500 manat cərimələnib.