İngiltərə "Arsenal"ı hücumçusu Olivye Jiru ilə müqaviləni uzadıb. Futbolinfo.az xəbər verir ki, bu barədə yerli "Mirror" qəzeti məlumat yayıb.
 
Belə ki, "topçular" fransalı futbolçunun 2016-cı ildə başa catacaq müqaviləsini daha 2 il uzadacaq. Bununla da, 28 yaşlı forvard 2018-ci ilə komandasının şərəfini qoruyacaq. Yaxın günlərdə bu barədə rəsmi açıqlamanın veriləcəyi deyilir.
 
Qeyd edək ki, Fransa millisinin də üzvü olan Jiru 2012-ci ildən London klubunda çıxış edir. Onu da əlavə edək ki, futbolçu hazırda zədəlidi və onun gələn il yaşıl meydanlara qayıtması gözlənilir.
Shares: