"Mançester Yunayted"in yarımmüdafiəçisi Anhel Di Mariya gələcək karyerası ilə bağlı danışıb. Futbolinfo.az xəbər verir ki, o, yenidən Argentinada oynamaq istədiyini deyib:
"Gələcəkdə yenidən "Rosario Sentral"da oynamaq istəyirəm. O, mənim ürəyimdə həmişə birincidi, qalan klublar sonra gəlir. Yenidən Lavessi və Maskeranoyla birlikdə "Rosario Sentral"da oynamaq əla olardı. Əvvəllər Avropada oynamağı arzulayırdımsa, indi Argentinaya qayıtmağı xəyal edirəm".
Qeyd edək ki, Di Mariya Avropaya ilk dəfə 2007-ci ildə “Benfika” forması ilə addım atıb.