"Yuventus"un müdafiəçisi Patris Evra “Mançester Yunayted”də çıxış edərkən Luis Suareslə yaşadığı gərginliyi yada salıb. Futbolinfo.az xəbər verir ki, fransız oyunçu həmkarının irqçi ifadələri haqqında danışıb:
"Suarez mənə 7 dəfə "zənci" dedi. Mənə qarşı belə hadisələr çox olub, banan atılıb, tribunalardan təhqir edənlər də olub. Amma bunlara fikir verməməyə çalışmışam. Başa düşürəm ki, bu nəyinsə qarşısında qorxu keçirən insanların işidi. Amma Suares həmin vaxt rəqib futbolçu idi. Mən reaksiya verməli idim. Nə etmək lazım idi? Ona zərbə endirib 2 il diskvalifikasiya olunmaq? Suaresi artıq bağışlamışam. Premyer Liqanın ən yaxşı oyunçusu seçiləndə onun lehinə səs verdim. Futbolçular ümumiyyətlə, bir-birinə kin saxlamamalıdı. Suares barədə yaddan çıxarmışam. Onun irqçi olub-olmamağı da vacib deyil".
Xatırladaq ki, iki futbolçu arasında insident 2011-ci ildə "Mançester Yunayted" – "Liverpul" matçında baş vermişdi.