Topaz Premyer Liqasının ilk turunda “Simurq”la təxirə salınmış oyuna hazırlaşan “Bakı” sabiq futbolçusunu geri qaytarır. Futbolinfo.az xəbər verir ki, braziliyalı Jaba bundan sonra karyerasını ölkəmizdə davam etdirəcək. 
 
Bu barədə saytımıza açıqlamasında klubun vitse-prezidenti Yaşar Seyidov bildirib: “ Jaba sabiq komandasına kömək etmək üçün bizə müraciət edib. Biz də bunu müsbət qarşılamışıq. Yaxın bir həftə ərzində Türkiyənin Ankarara şəhərindən viza alaraq Bakıya gələcək. O, artıq klublar razılığa gəlib. Bizim sabiq futbolçularımız “Bakı”ya pul üçün yox, köməyə görə gəlirlər. Biz də onların istəyinə hörmətlə yanaşırıq. Bu da bizim vaxtı ilə onlara etdiyimiz hörmətin nəticəsidi. Futbolçu “Bakı”ya azad agent kimi gələcək. Hazırkı klubu ilə məsələləri özü həll edəcək.”
Qeyd edək ki, Jaba 2009-2012-ci illərdə “Bakı”da çıxış edib. O, son olaraq Braziliya çempionatının 3-cü liqasında (C Seriyası) çıxış edən “Yuventus”un formasını geyib. Maraq üçün bildirək ki, hücumçu bu klub forması ilə meydana çıxdığı 4 oyunda 3 qol vurmağı da bacarıb.
Shares: