"Trabzonspor"un bosniyalı baş məşqçisi Vahid Halilhodziç klubdakı vəziyyətdən narahatdı. Futbolinfo.az xəbər verir ki, 61 yaşlı mütəxəssis komandada baş verənlərin kənara sızdırılmasından şikayətlənib: 
 
"Anlaya bilmirəm ki, bu, necə klubdu. Öz işimi normal görə bilmirəm. Məşqlərdə olanlar mediaya sızır. Qısası, sirr saxlanmır. Ailə içində olanlar ailə daxilində də qalmalıdı. Oyunçularla danışdıqlarım, qapalı məşqlərdə olanlar belə KİV-lərdə öz əksini tapır. Daha nələr görəcəyik".
 
Qeyd edək ki, cari mövsümün əvvəli Ələcəzair millisindən ayrılaraq Türkiyə Super Liqa təmsilçisinə keçib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp