Madrid "Real"ının Karlo Ançelotti komandasındakı qapıçılarla bağlı bəzi dəyişiklik etməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis ikinci qapıçısı Keylor Navası Çempionlar Liqasındakı "Ludoqorets" matçında əsas heyətdə meydana çıxaracaq. 
 
İspaniya La Liqasındakı "Atletiko"yla görüşdə isə qapı yenidən İker Kasilyasa həvalə ediləcək.
 
Qeyd edək ki, Navas bu il cəmi bir dəfə, "Elçe" ilə görüşdə qapını qoruyub. Onu da bildirək ki, Ançelotti ötən mövsüm Kasilyasa ÇL-də, digər qolkiper Dieqo Lopesə isə plkə çempionatında şans verirdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp