Topaz Premyer Liqasının 7-ci turundakı "Araz Naxçıvan" matçında çempionatında ilk qələbəsini qazanan “Bakı”nın heyətində daha iki yeni futbolçu debüt edib. Futbolinfo.az xəbər verir ki, bu həyəcanı ilk dəfə yaşayan Valeh Seyidov və Mahir Mədətov oyunla bağlı bağlı təəssüratlarını klub saytı ilə bölüşüb:
 
Mahir Mədətov: “Hamımız üçün çətin oyun oldu. Həftə ərzində bu oyuna ciddi hazırlaşmışdıq. Oyuna bir neçə gün qalmış ürəyimə dammışdı ki, bu matçda meydana çıxacam. Hətta oyunda vəziyyət yaxşı olmayanda meydana daxil olacağımı hiss etmişdim. Elə də oldu. Bir qol buraxmışdıq. Belə vəziyyətdə məşqçi mənə şans verdi. Demirəm ki, oyunu dəyişə biləcək fövqəladə bir oyun göstərdim, ümumilikdə ilk oyunumun uğurlu alındığı qənaətindəyəm. Futbolu öyrəndiyim klubun əsas komandasında oyuna çıxdığım üçün sevincliyəm". 
 
Valeh Seyidov: “Ilk oyunum olduğu üçün çox həyəcanlı idim. Debütümdə komandanın qələbə qazanması məni sevindirdi. Növbəti oyunlarda meydanda olduğum dəqiqələrin sayını daha da artırmağa, daha yaxşı mübarizə aparmağa çalışacağam. Qol isə özü gələcək”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp