London "Çelsi"sinin baş məşqçisi Joze Mourinyo yaxın gələcəkdə klubdan ayrılmağı düşünmür. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis komandadan gedəcəyi vaxtı açıqlayarkən, bu sözləri deyib: 
 
"Heç bir klub və yığma komanda məni "Çelsi" qədər ruhlandırmır. Bu komandadan yalnız Abramoviç mənə zəng edərək, "artıq vaxtdı" dedikdə ayrılacam. "Çelsi"də özümü tam xoşbəxt hiss edirəm".
 
Qeyd edək ki, 2004-2007-ci illərdə də “Çelsi”ni çalışdırmış Mourinyo komandadkı ikinci dövrünə ötən ilin yayında başlayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp