"Roma"nın baş məşqçisi Rudi Qarsia bu axşam Çempionlar Liqasında "Mançester Siti"yə qarşı baş tutacaq oyundan əvvəl fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, məşqçi itiriləcək bir şeyin olmadığını bildirib: 
 
"Bu mövsüm turnirə əla start vermişik. ÇSKA ilə oyunda qazanılan 3 xal qarşıdakı görüşlərdə lazımsız təzyiqə məruz qalmamaq üçün əhəmiyyətlidi. MS qarşısında ititəcəyimiz heç nə yoxdu. Əsasən ona görə ki, püşkatmadan sonra bizdən qələbə gözləyən yoxdu. Amma rəqib çox şey itirə bilər. Unutmayaq ki, biz turnirin qrup mərhələsinə 4-cü səbətdən qatılmışıq. Xüsusilə, Almaniya və İngiltərə çempionuna qarşı mübarizədə biz autsayder sayılırıq. Bu, motivasiya verir ki, həmin fikirlərin yanlış olduğunu sübut edək. Oyun asan keçməyəcək, amma "Mançester Siti”yə problemlər yaradacağıq."
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp