Hindistanda forma geyən tanınmış oyunçular sırasına daha biri qatılıb. Futbolinfo.az xəbər verir ki, bu braziliyalı Andre Santosdu.
 
Bir müddət Türkiyənin "Fənərbaxça” klubunda da çıxış etmiş 31 yaşlı müdafiəçi karyerasını "Goa" klubunda davam etdirəcək. 
 
Qeyd edək ki, "Fənərbaxça" (2009-2011), "Arsenal" (2011-2013) kimi klubların şərəfini qorumuş Santosun son komandası "Flamenqo" olub. O, 2009-2011-ci illərdə Braziliya millisi ilə də meydana çıxıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp