DÇ-2014-ün finalında rəqib futbolçu ilə toqquşaraq, huşunu itirən almaniya millisinin üzvü Kristof Kramer haqqında komanda yoldaşları bəzi məqamları açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Manuel Noyer, Flip Lam və Tomas Müller həmin epizoddan sonra yaşanan maraqlı detalları nəzərə çatdırıblar:
 
Noyer: "Kramer yanıma gəldi və qapıda durmaq istədiyini dedi. Qəribə mənzərə idi".
 
Lam: "Əvvəlcə gəlib kapitanlıq sarğısını istədi. Sonra Kramer hakimin yanına gedərək, onunla formasını dəyişdirmək istədi".
 
Müller : "Mənə Gerd deyə müraciət etdi. 1974-cü il finalına görə təbrik etdi. Daha sonra "Rhur" stadionundakı atmosferin əla olduğunu söylədi".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp