Madrid “Real”ı və “Milan”ın (İtaliya) sponsoru olan “Fly Emirates” şirkəti bu komandalar arasında yoldaşlıq görüşü təşkil edəcək. Futbolinfo.az xəbər verir ki, artıq matçın keçiriləcəyi yer də məlumdu.
 
Belə ki, “Dubai Football Challenge” tədbirinin çərçivəsində baş tutacaq oyun dekabrın 30-da Dubayda keçiriləcək.
 
Xatırladaq ki, “Real” artıq 2-ci dəfədi ki, bu qəbildən olan tədbirə qatılır. Ötən il ispaniyalılar Dohada Fransa PSJ-si  ilə qarşılaşmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp