“Barselona”nın futbolçusu Xavi Hernandes Çempionlar Liqasında tarix yazıb. Futbolinfo.az xəbər verir ki, qrup mərhələsinin 2-ci turundakı PSJ matçında meydana çıxan 34 yaşlı yarımmüdafiəçi bu turnirdə ən çox çıxış edən oyunçu rekordunu qırıb.
 
Belə ki, Fransa təmsilçisinə 3:2 hesabı ilə məğlub olduqları matçın 69-cu dəqiqəsində İvan Rakitiçin yerinə meydana daxil olan ispaniyalı ÇL 143-cü dəfə forma geyinib.
 
Xavi bununla adı çəkilən turnirdə 142 dəfə forma geyən "Real"ın sabiq futbolçusu Raul Qonzalesi keçib. Madrid klubunun digər üzvü, qapıçı İker Kasilyas isə 141 ÇL i.tirakçısı olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp