Türkiyə "Qalatasaray"ı Çempionlar Liqasındakı "Arsenal" matçı üçün artıq İngiltərədədi. Futbolinfo.az xəbər verir ki, "sarı-qırmızılar"ın sabiq futbolçusu Didye Droqba komandanın Londondakı düşərgəsini ziyarət edib.
 
Keçmiş komanda yoldaşları ilə görüşüb, söhbət edən təcrübəli hücumçuya imzalı "Qalatasaray" forması da hədiyyə olunub. 
 
Qeyd edək ki, 2013-cü ilin yanvarında "Qalatasaray"a keçən Droqba ötən mövsümün sonu müqaviləsi başa çatdığı üçün klubdan ayrılmışdı. O, hazırda əfsanələşdiyi klub olan "Çelsi"də çıxış edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp