“Arsenal”ın yarımmüdafiəçisi Aron Remzinin zədələnməsi barədə daha öncə məlumat vermişdik. Futbolinfo.az xəbər verir ki, dizaltı vətərindəki zədədən əziyyət çəkən futbolçunun bərpa müddəti müəyyənləşib.
 
Müayinənin nəticələrinə görə, uelsli futbolçu ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
 
Qeyd edək ki, onunla yanaşı, London klubunun digər yarımmüdafiəçisi Mikel Arteta da 3 həftə komandasına kömək edə bilməyəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp