"Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının qrup mərhələsindəki PSJ matçı ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 44 yaşlı mütəxəssis Parisdəki 2:3 hesablı məğlubiyyəti belə şərh edərkən rəqibin güclü olduğunu da deyib:
 
“Hesabda geriyə düşdükdən sonra istədiyimiz oyunu nümayiş etdirmək çətin oldu. Bərabərlik qolunu vurmaq üçün fürsətlərimiz oldu. Ancaq bunu bacara bilmədik. Yenə də məğlub olmağa layiq deyildik. Bu, gözlənilməz olmadı. Hər kəs PSJ-nin necə komanda olduğunu bilir. Çempionlar Liqasının kubokunu qazanmaq istəyən Fransa klubu ilə oynadıq".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp