“Roma”nın kapitanı Françesko Totti adını Çempionlar Liqası tarixinə yazdırıb. Futbolinfo.az xəbər verir ki, o, dünən gecə “Mançester Siti” ilə oyunda fərqlənməklə qitənin ən nüfuzlu turnirində qol vuran ən yaşlı futbolçu adına sahib çıxıb. 
 
Qeyd edək ki, 38 yaşlı hücumçu 1992-ci ildən İtaliya klubunda çıxış edir. Bu vaxta kimi rekord 2011-ci ildə 37 yaşında “Benfika”ya qol vuran “Mançester Yunayted”in sabiq futbolçusu Rayan Giqzə məxsus idi.    
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp