Münhen "Bavariya"sının baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının qrup mərhələsindəki ÇSKA matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, ispaniyalı mütəxəsis səfərdəki 1:0 hesablı qələbəni belə şərh edib:
 
"Əlbəttə, futbol oyunçular qədər azarkeşlər üçün də önəmlidi. Azarkeşlər yoxdusa, qəribə mənzərə yaranır. ÇSKA-nın növbəti mərhələ şanslarını mən deyil, həmin komandanın çalışdırıcısı dəyərləndirməlidi. Oyun çox çətin keçdi. Hər zamankı kimi 10 nəfərlə müdafiə olunan komandaya qarşı mübarizə aparmaq çətindi. ÇSKA bir qayda olaraq, müdafiə olunub əks-hücumları gözləyirdi. Ötən gecə yaşanan yanğın siqnalına gəldikdə isə bu, hazırlığımıza təsir etmədi. Həyəcan siqnalına görə, küçəyə çıxdıq. Oteli yoxlayana qədər gözlədik. Karyeramda ilk dəfə belə hadisə ilə üzləşdim".
Shares: