İstanbul "Qalatasaray"ının baş məşqçisi Çezare Prandelli Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Arsenal” matçı ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis nə qədər təcrübəli və səviyyəli bir komandaya qarşı oynayacaqlarının fərqində olduğunu bildirib:
“Rəqibimiz topun özündə olmasını istəyəcək. "Arsenal" qarşısında öz oyunu olan cəsur və hazır bir komanda izləyəcəksiniz. Topu itirdiyində geri almağa çalışan bir komandanın meydanda olacağına əmin ola bilərsiniz. Rəqibimizin çox önəmli futbolçuları bu matçı buraxmalı olacaq. Amma "Arsenal"ın heyətində hər zaman yetərincə yüksək səviyyəli futbolçular olub. Onlar komanda oyunu oyunayır. Biz də böyük bir komanda kimi meydana çıxıb, oyunumuzu oynamağa çalışacağıq".
Qeyd edək ki, bu gün İngiltərədə keçirilcək "Arsenal" – "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.