"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Neftçi"ylə oyundan öncə zədələndiyinə görə derbini buraxmağa məcbur olmuşdu. Futbolinfo.az xəbər verir ki, bir neçə gün hazırlıqlardan kənarda qalan müdafiəçi Milana çatdığı gün fizoterapevt nəzarətində çalışmalara başlayıb.
Ağdam təmsilçisinin Milanda çıxdığı ilk məşqdə Sadıqov yenə də fiziotetapevt nəzarətində məşqə çıxıb. Oyunöncəsi sonuncu məşqə qədər tibbi personalının verəcəyi qərar əsasında onun meydana çıxıb çıxmayacağı bəlli olacaq.
(Klub saytı)