Ümurusiya Dövlət Teleradio Verilişləri Şirkətinin (ÜDTVŞ) Azərbaycandakı təmsilçisi Şakir Eminbəyli “Qarabağ”ın Bakıda “Sent-Etyen”lə oyunu zamanı stadiona böyük bir bayraq gətirərək arenanda xoş görüntü yaratmışdı. Şakir bəy daha bir ilkə imza atıb. Belə ki, o, bu dəfə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “Qarabağ”lılara sürpriz edib. Təmsilçimiz Milan “İnter”i ilə qarşılaşmaq üçün sentyabrın 29-da İtaliyaya yollananda futbolçuları yüksək motivasiya ilə yola salmaq məqsədi ilə flaşmob nümayiş etdirilib. Bu flaşmobda “Qarabağ”a azarkeşlik edən “İmarət” fan-klubu da iştirak edib.
Maraq üçün bildirək ki, bu flaşmobdan futbolçuların xəbəri yox imiş. Ümumiyyətlə, tədbir media nümayəndələrindən də bir müddət gizli saxlanıldı və yalnız indi onun görüntüləri ictimaiyyətə təqdim olunur. Həmin videonu diqqətinizə çatdırırıq: