"Yuventus" rəhbərliyi “Fiorentina”da icarə əsasında çıxış edən "Mançester Siti"nin futbolçusu Mayka Riçardsı transfer etmək fikrinə düşüb. Futbolinfo.az xəbər verir ki, bu haqda "The Sun" xəbər yayıb.
İngilis futbolçunun "şəhərlilər"lə olan müqaviləsi mövsümün sonunda başa çatır. Oyunçunun özünün də İtaliyada qalmağa müsbət yanaşdığı bildirilir.
Maddi sıxıntıları olan Turin təmsilçisi transferə pul xərcləməmək üçün Maykanın müqavilə müddətinin bitməsini gözləməyi planlaşdırır.