"Barselona"nın forvardı Lionel Messi İspaniya La Liqasının 9-cu turu çərçivəsində "Real"la oynanılan matça tam hazır deyilmiş. Futbolinfo.az xəbər verir ki, bu haqda İspaniyanın nüfuzlu "El Confidencial" nəşri xəbər verib.
 
Argentinalı futbolçu cümə axşamı keçirilmiş məşqdə topuğundan zədələnib. Buna baxmayaraq, ulduz oyunçu ağrıkəsicilərin köməkliyilə meydana çıxa bilib.
 
Xatırladaq ki, "Barselona" nə oyundan öncə, nə də sonra Messinin zədəsi haqqında rəsmi məlumat yaymayıb.
Shares: