19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək millimiz noyabrın 10-da Macarıstan, noyabrın 12-də Slovakiya, noyabrın 15-də isə Sloveniya ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, yığmamız noyabarın 3-dən-5-dək Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olacaq, noyabrın 5-də Makedoniyanın U-19 millisi ilə qarşılaşacaq.
 
Yığmamız noyabrın 6-dan-15-dək isə Macarıstanın Budapeşt şəhərində təlim-məşq toplanışı keçirəcək.
 
Millinin heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
 
1. Ağaseyid Qasımov – Qarabağ
2. Nurlan Quluzadə – Neftçi
3. Fəhmin Muradbəyli – Neftçi
4. Mirkamil Həşimli – Neftçi
5. Təyyar Məmmədov – Bakı
6. Mahir Mədətov – Bakı
7. Renat Ağaverdiyev – Bakı
8. Yusup Xakimov – Bakı
9. Əfsər Məmmədov – Bakı
10. İlyas Səfərzadə – Xəzər Lənkəran
11. Elnur Cəfərov – Xəzər Lənkəran
12. Emin Zamanov – Qəbələ
13. Bəhlul Mustafazadə – Qəbələ
14. Yusif Nəbiyev – Qəbələ
15. Budaq Nəsirov – Araz Naxçıvan
16. Elnur Süleymanov – İnter
17. Mənsur Nahavəndi – İnter
18. Fərid Kərimzadə – Sumqayıt
19. Vadim Ağarəhimov – Zenit (Sankt-Peterburq, Rusiya)
20. Benhur Kama – Hannover 96 (Almaniya)
21. Tolğa Şahin – Kayzerslautern (Almaniya)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp