Mövsümə istədiyi kimi başlamayan "İnter"də baş məşqçi Valter Matsarrinin klubdan ayrılacağı yönündə iddialar dolaşır. Futbolinfo.az xəbər verir ki, neradzurranın baş məşqçi postuna əsas namizəd isə sabiq çalışdırıcı Roberto Mançinidi.
 
Artıq Milan təmsilçisinin rəsmilərinin italyan mütəxəssislə danışıqlar apardığı bildirilir.
 
Xatırladaq ki, Mançini 2004-08-ci illər arasında "İnter"i çalışdırıb.
 
Başqa bir iddia isə, Mançini təklifi qəbul etməyəcəyi təqdirdə, "İnter" diqqətini "Mançester Yunayted"in sabiq məşqçisi Devid Moyesə yönəldəcəyidi.
 
Hazırda İtaliya A Seriyasında 8-ci pillədə qərarlaşan "İnter" lider "Yuventus"dan 10 xal geri qalır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp