İtaliyanın "Milan" klubu Madrid "Real"ı ilə bazarlıq etməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, “rossonyerlər” ispanların iki üzvü Asyer İlyarramendi və İsko “ikili”sindən birini icarəyə götürmək istəyir. Bu haqda nüfuzlu AS nəşri məlumat yayıb.
 
Xəbərə görə, "rossonyerlər"in rəhbərliyi Madrid klubuyla aralarında olan yaxşı münasibətlərdən istifadə etmək fikrindədi. Mümkün keçid qış "transfer pəncərəsi"ndə reallaşa bilər. Sözügedən transferlə Filippo İnzaqinin komandası orta xəttdəki problemləri aradan qaldırmaq istəyir.
 
İsko və İlyarramendi 2013-cü ildən “Real”ın şərəfini qoruyur.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp