Topaz Premyer Liqasının son turundakı "Neftçi" matçında zədələnən "İnter"in futbolçusu Laşa Salukvadzenin son durumu bəlli olub. Bu barədə futbolinfo.az saytına Bakı klubunun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.
 
Onun sözlərinə görə gürcüstanlı müdafiəçi tibbi yoxlanışdan keçib və onun zədəsi elə də ciddi deyil. Salukvadzenin növbəti turdakı "Qarabağ" matçında oynayıb-oynamayacağı isə hələlik məlum deyil. Bu barədə oyun günü qərar veriləcək.
 
Qeyd edək ki, "Neftçi" – "İnter" matçında rəqib futbolçu Ernest Nforla mübarizədə zədələnən Salukvadze 89-cu dəqiqədə İvan Beniteslə əvəzlənmişdi. Həmin oyunda zədələnən "bankirlər"in hücumçusu Baçana Sxadadze isə ən az iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Shares: