Topaz Premyer Liqaslnın 10-cu turu çərçivəsində “Sumqayıt”ın qonağı olacaq “Xəzər Lənkəran” bu gün oyunöncəsi son hazırlığını keçəcək. Futbolinfo.az xəbər verir ki, dünən saat 11:45-dən başlayaraq “Dalğa Arena”da bir saat oyunsonrası bərpa məşqini keçən komandamız məşqin ardından “Emerald” otelində itsirahətə çəkilib.
 
Komanda bu gün saat 15:00-da də eyni məkanda oyunöncəsi son hazırlığına çıxacaq.
Xatırladaq ki, “Xəzər Lənkəran” sabah saat 16:00-da Sumqayıt şəhərində yerləşən  “Kapital Bank Arena” stadionunda yerli “Sumqayıt” klubu ilə üz-üzə gələcək.
 
(12cioyuncu.info)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp