İtaliyanın "Yuventus" klubu ciddi itki ilə üzləşib. Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Turin təmsilçisinin təcrübəli futbolçusu Patris Evra zədələnib.
 
Belə ki, ötən həftə keçirilən məşq zamanı ağrılar hiss edən və bu səbəbdən də son turdakı "Palermo" matçını buraxmalı olan 33 yaşlı sol cinah müdafiəçisi ötən gün tibbi müayinədən keçirilib. Tibbi yoxlanış zamanı onun sol budunda ciddi zədə aşkarlanıb. Həkimlərin dediyinə görə fransalı futbolçu ən az 30 gün yaşıl meydanlardan uzaq qalacaq.
 
Qeyd edək ki, Evra cari ilin iyulunda İngiltərənin "Mançester Yunayted" klubundan "Yuventus"a keçib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp